Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzələrin rektoru Ayətullah Ərafi İraqın böyük təqlid mərcələrindən olan Ayətullah üzma Şeyx Məhəmməd İshaq Fəyyazın vəfatı münasibətilə başsağlığı mesajı yayıb. Mesajda deyilir:
«إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ»
Biz Allaha məxsusuq və ona qayıdacağıq!
İmam Sadiq (ə) buyurub:
«اذا مات العالم ثلم فی الاسلام ثلمة لایسدها شیئ الی یوم القیامة»
“Alim vəfat etdikdə İslam ümmətində Qiyamət gününədək heç nə ilə doldurulmayan bir boşluq yaranır.”
İslamın ən böyük bayramı olan mübarək Qədir-Xum bayramı, dinin kamilləşdirilməsi və ilahi nemətin tamamlanması günlərində ali təqlid mərcəsi həzrət Ayətullah üzma Şeyx Məhəmməd İshaq Fəyyazın (r) vəfat xəbəri dərin hüzn və kədərə səbəb oldu.
Mərhum Ayətullah üzma Xoyinin (r) görkəmli və seçkin şagirdlərindən olan bu böyük alim, öz bərəkətli ömrünü Allah kəlməsinin ucaldılması, Əhli-beytin (ə) düzgün maarifinin yayılması istiqamətində misilsiz xidmətlər göstərmiş və bu müqəddəs yolda heç bir səy və fədakarlıqdan əsirgəməmişdir. Onun geridə qoyduğu çoxsaylı, dəyərli və faydalı elmi-fiqhi əsərlər bu gün də elmi hövzələr üçün zəngin elmi irs və faydalı bir xəzinə hesab olunur.
Ayətullah üzma Şeyx Məhəmməd İshaq Fəyyazın elmi və fiqhi yenilikləri, dini və təbliği sahədəki xidmətləri, xüsusilə də Ərbəin yürüşünün yenidən dirçəldilməsindəki yaddaqalan və tarixi rolu, eləcə də İraq və Əfqanıstan xalqlarına göstərdiyi sosial-mədəni xidmətlər onu İslam dünyasının görkəmli və nüfuzlu simalarından birinə çevirmişdir.
Mən bu böyük ilahi alimin vəfatı münasibətilə İmam Zamana (ə.f), böyük təqlid mərcələrinə, xüsusilə Nəcəf şəhərinin ali mərcəyi-təqlidi olan həzrət Ayətullah üzma Sistaniyə, İslam İnqilabının Ali Məqamlı Rəhbərinə, Nəcəf, Qum və Əfqanıstan elmi hövzələrinə, eləcə də bütün hövzə alimlərinə, mərhumun möhtərəm ailəsinə, onun əziz övladlarına, şagirdlərinə, xüsusilə də iki dost və qardaş ölkəsi olan İraq və Əfqanıstan dövlət və xalqına dərin hüznlə başsağlığı verir, uca Allahdan ona rəhmət, yaxınlarına isə səbir diləyirəm.
عاش سعیدا و مات سعیدا
“Xoşbəxt yaşadı və xoşbəxt şəkildə dünyadan köçdü.”
Elmi hövzələrin rektoru
Ayətullah Əlirza Ərafi
Rəyiniz